logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 353 min nəfəri ötür

16:56 24-06-2022 | icon 4284
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 353 min nəfəri ötür

Azərbaycanda son sutkada 1 427 nəfər vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza vaksinlərin sayı 220, ikinci doza vaksinləri sayı 130-dur.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 958-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 119 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 759 231, birinci doza peyvəndlərin ümumi sayı 5 353 131, ikinci doza vaksinlərin sayı 4 852 922 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 304 535, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 248 643 olub