logo

Azərbaycan Ruminıya iqtisadiyyatına 135 milyon dollar investisiya yatırıb

13:53 23-06-2022 | icon 2660
Azərbaycan Ruminıya iqtisadiyyatına 135 milyon dollar investisiya yatırıb

Ötən il Azərbaycan və Rumıniya arasında ikitərəfli ticari dövriyyə sahəsində 31 faizdən çox artım olub. İxrac və idxalda artım müvafiq olaraq 19 və 52 faiz təşkil edib. Bu ilin beş ayında ticari dövriyyə rəqəmləri iki dəfə artaraq 158 milyon ABŞ dolları təşkil edib. İxrac da üç dəfə artaraq 125 milyon ABŞ dollarına bərabər olub.

YeniAvropa xəbər verir ki bunu Bakıda keçirilən “Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya"nın 6-cı iclasında iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

Nazir müavininin sözlərinə görə, investisiya olaraq Azərbaycan Ruminıya iqtisadiyyatına 135, Rumıniya şirkətləri isə Azərbaycana 30 milyon dollar yatırım edib.