logo

Bakıda ödəmə terminalından pul oğurlanıb

09:49 23-06-2022 | icon 1498
Bakıda ödəmə terminalından pul oğurlanıb

Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qala qəsəbəsində yerləşən marketlərin birində quraşdırılmış “E-Manat” ödəmə terminalından 1000 manat məbləğində pul, digər mağazadan isə 211 manat məbləğində pul, 1289 manat dəyərində tütün məmulatı, alışqan və ətir oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri İ.Mirzəyev və əvvəllər məhkum olunmuş F.Sədullayev müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.