logo

Hərbi hüquqşünaslarla təlim-metodiki toplanış keçirilib

16:13 22-06-2022 | icon 1694
Hərbi hüquqşünaslarla təlim-metodiki toplanış keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin fəaliyyət planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növü, baş idarə, idarələrin hüquqşünasları və Hüquq İdarəsinin zabitləri ilə təlim-metodiki toplanış keçirilib.

Nazirlikdən YeniAvropa-ya bildirilib ki,  Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Toplanışda hərbi hissələrdə hüquq hazırlığının təşkili, hərbi qulluqçuların və vətəndaşların müraciətlərinə baxılması, hərbi intizamın möhkəmləndirilməsi işinin əsas aspektləri və digər mövzular üzrə məruzələr dinlənilib.

Qeyd edək ki, təlim-metodiki toplanışın keçirilməsində əsas məqsəd iştirakçıların hüquq hazırlığının təşkili üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, qanunvericiliyin və rəhbər sənədlərin tələblərinin öyrənilməsidir.