logo

Sabah Bakıda 36° isti olacaq

13:13 21-06-2022 | icon 1624
Sabah Bakıda 36° isti olacaq

Azərbaycanda iyunun 22-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, gündüz saatlarından arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23°, gündüz 30-35°, bəzi yerlərdə 37° isti, Bakıda gecə 21-23°, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi 749 millimetr civə sütunundan 746 millimetr civə sütununa enəcək. Nisbi rütubət 40-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, gündüz saatlarından arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 33-38° isti, dağlarda gecə 8-13°, gündüz 18-23° isti olacaq.