logo

“Riyad” ticarət mərkəzində yanğında 2 nəfər yanıq xəsarəti alıb

16:27 15-07-2018 | icon 3318
“Riyad” ticarət mərkəzində yanğında 2 nəfər yanıq xəsarəti alıb

İyulun 15-də günorta saatlarında Abşeron rayonu ərazisindəki “Riyad” ticarət mərkəzində yanğın baş verib. Yanğının ticarət mərkəzindəki mebel dükanının anbarından başladığı bildirilir.

YeniAvropa xəbər verir  ki,  Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri dərhal hadisə yerinə cəlb edilib.

FHN-dən  bildirilib ki, ticarət mərkəzinin ərazisində yerləşən mağazanın alkopandan ibarət üzlüyü 340 m² sahədə və qapısı yanıb. Yanğın zamanı 2 nəfər yüngül yanıq xəsarəti alıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.