Qafqaz Müsəlmanları İdarəsinin sədri Avstriyaya səfər edəcək
Qafqaz Müsəlmanları İdarəsinin(QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə iyunun 22-də Avstriya Federativ Respublikasına səfər edəcək.
QMİ-nin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, səfərin məqsədi Vyana şəhərində keçiriləcək “Sülh naminə dinlərarası və mədəniyyətlərarası dialoqun, anlaşmanın və əməkdaşlığın təşviqi” mövzusunda beynəlxalq konfransın təşkili və KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin toplantısında iştirak etməkdir.
QMİ sədri Allahşükür Paşazadə iyunun 23-də KAİCİİD Beynəlxalq Mərkəzinin Direktorlar Şurası və Məşvərət Şurasının birgə iclasında çıxış edəcək. Beynəlxalq Mərkəzin həmtəsisçisi olan ölkələr – Avstriya, İspaniya, Vatikan və Səudiyyə Ərəbistanının dövlət rəsmilərinin və diplomatlarının KAİCİİD-in Vyana toplantısında iştirakı nəzərdə tutulur.
İyunun 24-də Azərbaycanın Avstriyadakı səfirliyinin, Qafqaz Müsəlmanları İdarəsinin, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin, Azərbaycan Multikulturalizm Mərkəzinin və Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Hofburq sarayında baş tutacaq “Sülh naminə dinlərarası və mədəniyyətlərarası dialoqun, anlaşmanın və əməkdaşlığın təşviqi” mövzusunda beynəlxalq tədbirdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin rəsmiləri, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, tanınmış ictimaiyyət xadimlərinin iştirakı nəzərdə tutulur.
Mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqində beynəlxalq əməkdaşlığın artırılması yolu ilə mədəniyyətlərin və ölkələrin yaxınlaşmasına nail olmaq üçün kollektiv səyləri qiymətləndirmək baxımından müsbət imkan kimi dəyərləndirilən konfransda hökumətlərin, beynəlxalq təşkilatların, siyasətçilərin, vətəndaş cəmiyyəti təşkilatlarının, elm və təhsil xadimlərinin, medianın, dini icmaların və gənclər təşkilatlarının nümayəndələri iştirak edəcəklər. Konfransın ünvanına Avstriyanın Baş nazirinin və Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının ali nümayəndəsinin müraciətlərinin daxil olması nəzərdə tutulur.
Payızda Azərbaycan ilə Ermənistanın baza prinsipləri üzrə razılığa gəlməsi ehtimalı var
QDİƏT-in turizm üzrə toplantısında “Bakı Bəyannaməsi” qəbul edilib
Astara sakinindən 51 kq narkotika götürülüb
COP29-a görə Vergi Məcəlləsinə dəyişiklik ediləcək
İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda iştirak edir
"EURO-2024"ü idarə edəcək hakimlər arasında Türkiyə təmsilçisi də var
Sabah Bakıda 29° isti olacaq
Azərbaycanda spirtli içkilərin illik istehsali 20 min dekalitr olacaq
Yevlaxda uşaq bağçasındakı qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Azərbaycan Albaniya ilə viza rejimini aradan qaldırır
Azərbaycanla Türkiyə gəlirlərə görə ikiqat vergitutma aradan qaldırır
Azərbaycan-Ermənistan dövlət sərhəddinin dəqiqləşdirilməsinə başlanıldı
Milli Məclisdə 18 məsələ müzakirəyə çıxarılıb
3 ayda Azərbaycanda 1,8 ton narkotika dövriyyədən çıxarılıb
Goranboyda zəlzələ olub
Culfada “Chevrolet” “Tofaş”la toqquşub: 2 ölü, 2 yaralı var
Xankəndidə silah-sursat aşkarlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan nefti 88,30 dollara satılır
Daha 39 ailə Füzuliyə köçürülüb
Faktiki hava:Bölgələırdə şimşək çaxıb,yağış və sulu qar yağıb
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə gedib
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb