logo

Bakıda polis ehtiyatsızlıqdan özünü güllələyib

15:35 20-06-2022 | icon 1652
Bakıda polis ehtiyatsızlıqdan özünü güllələyib

İyunun 20-də səhər saat 06 radələrində Səbail Rayon Polis İdarəsinin əməkdaşı Elçin Qurbanov gecə növbəsində xidmətdə olarkən tabel silahı ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində xəsarət alıb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, o, dərhal xəstəxanaya çatdırılaraq həkimlərin nəzarətinə verilib.

Hazırda xəstənin vəziyyəti qənaətbəxşdir və həyatı üçün təhlükə yoxdur.