logo

Sabah Bakıda 35° isti olacaq

13:33 20-06-2022 | icon 1050
Sabah Bakıda 35° isti olacaq

Azərbaycanda iyunun 21-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23°, gündüz 31-36° isti, Bakıda gecə 20-22°, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 748 millimetr civə sütununa enəcək. Nisbi rütubət 40-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbda 23-24° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 32-37° isti, dağlarda gecə 8-13°, gündüz 20-24° isti olacağı gözlənilir.