logo

Fövqəladə Hallar Nazirliyi çimərliklərlə bağlı əhaliyə müraciət edib

13:13 20-06-2022 | icon 1491
Fövqəladə Hallar Nazirliyi çimərliklərlə bağlı əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.

FHN-dən YeniAvropa-ya verilən məlumata görə, müraciətdə çimərlikdə xoş zaman keçirmək üçün nazirlik bir sıra təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini bildirib: “Çimərlikdə nəzərdə tutulmamış ərazilərdə çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək, çimərlikdə gecələmək qadağandır. Bununla yanaşı, sərxoş halda çimərlikdə olmaq, suda kobud hərəkətlər etmək, çimərlikdə balıq tutmaq, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağan edilib. Həmçinin əhaliyə çimərlikdə uşaqları nəzarətsiz qoymamaq, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl etmək tövsiyə olunur.

Vətəndaşların diqqətinə çatdırılır ki, qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir. “Unutmayın ki, qaydalara biganəlik həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin”, - deyə müraciətdə vurğulanıb.