logo

Qubadlıda 2 tondan çox çətənə kolu yandırılıb

11:11 20-06-2022 | icon 1519
Qubadlıda 2 tondan çox çətənə kolu yandırılıb

Qubadlı rayon Polis Şöbəsinin, Dövlət Təhlükəsizlik Xidmətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri profilaktiki tədbirlər zamanı yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar olunub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan  YeniAvropa-ya verilən məlumata görə, rayonun işğaldan azad edilmiş Bəxtiyarlı kəndinin ərazisində yabanı halda bitmiş çəkisi 2 tondan artıq olan 7856 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.