logo

Qubadlıda 4 tondan çox çətənə kolu məhv edilib

11:11 17-06-2022 | icon 1680
Qubadlıda 4 tondan çox çətənə kolu məhv edilib

Qubadlı rayon Polis Şöbəsinin, Dövlət Sərhəd Xidmətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əmakdaşlarının birgə keçirdikləri profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan 

YeniAvropa-ya verilən məlumata görə, tədbir zamanı rayonun işğaldan azad edilmiş Muradxanlı kəndinin ərazisində yabanı halda bitmiş çəkisi 4 tondan artıq olan 16403 ədəd çətənə kolu yandırılaraq məhv edilib.