logo

ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşüb

10:10 17-06-2022 | icon 8757
ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşüb

İyunun 17-si saat 09 radələrində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1991-ci il təvəllüdlü Ruhin Vəliyev piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Cəbrayıl rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Cəbrayıl rayon Prokurorluğunda araşdırma aparılır.