logo

IX Qlobal Bakı Forumu işini davam etdirir

09:59 17-06-2022 | icon 4963
IX Qlobal Bakı Forumu işini davam etdirir

Bakıda “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumunun ikinci günü başlayıb.

YeniAvropa xəbər verir ki, “Qlobal səhiyyənin idarə edilməsi” mövzusuna həsr olunan panel iclasında “Dünyada pandemiya ilə mübarizə təcrübəsindən hansı əsas dərslər götürülə bilər?", "Sosial media dövründə "Vaksin tərəddüdü"nün yayılmasına qarşı necə mübarizə aparırıq?", "Erkən xəbərdarlıq sistemlərinin, habelə vaksinlər, terapevtik vasitələr, fərdi mühafizə vasitələri və respiratorların ötürülməsi, izlənməsi və paylanmasının daha yaxşı qlobal koordinasiyasına necə nail ola bilərik?", "ÜST-nin COVID-19 alətlərinin əlçatanlığının sürətləndirilməsinin, eləcə də COVAX-ın dövlətlər tərəfindən təcili və tam şəkildə maliyyələşdirilməsini və bu kimi gecikmələrin gələcəkdə baş verməməsini necə təmin edə bilərik?", "Əksər həssas qrupların ehtiyaclarının düzgün və sürətli şəkildə qarşılanmasını necə təmin edə bilərik?", "COVID-19 pandemiyasından sonra "daha yaxşı bərpa et" prinsipini rəhbər tutduğumuzdan yenidənqurma proqramlarının transformativ yaşıl xarakterini necə vurğulaya bilərik?", "Bütün dünyada müxtəlif icmalar daxilində dayanıqlılığı təmin etməyimizlə əlaqədar bütün ölkələrin vətəndaşları üçün əlçatanlığı necə təmin edə bilərik?" kimi məsələlər ətrafında müzakirələr aparılır.

Panelin moderatoru Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumdzijadır.