GR-DEM üzvü olan səfirlərdən ibarət nümayəndə heyəti QHT Agentliyində olub
Avropa Şurası (AŞ) Nümayəndələr Komitəsinin (NK) Demokratiya üzrə məruzəçilər qrupunun (GR-DEM) sədri, İsveçin AŞ yanında daimi nümayəndəsi Martin Ehnberqin başçılığı altında GR-DEM üzvü olan bir qrup səfirlərdən ibarət nümayəndə heyəti ilə Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyində görüş keçirilib.
Agentlikdən YeniAvropa-ya verilən məlumata görə, keçirilən görüşdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, nümayəndə heyətinin rəhbəri, GR-DEM sədri, İsveçin Avropa Şurası yanında daimi nümayəndəsi Martin Ehnberq, Finlandiyanın AŞ yanında daimi nümayəndəsi, Avropa Şurası Nümayəndələr Komitəsinin (AŞ NK) İnsan hüquqları üzrə məruzəçi qrupunun sədri Nina Nordstrom, Estoniyanın AŞ yanında daimi nümayəndəsi, AŞ NK-nın İnformasiya siyasəti üzrə tematik əlaqələndiricisi Rasmus Lumi, Türkiyənin AŞ yanında daimi nümayəndəsi Kan Esener, GR-DEM-in katibi Deni Bribosiya , AŞ katibliyinin Proqramlar üzrə Baş Direktorluğunun Azərbaycan üzrə məsul əməkdaşı Olqa Frayşteter, Azərbaycan Respublikasının AŞ yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov, Xarici İşlər Nazirliyinin əməkdaşı Leyla Həsənova, Agentliyin icraçı direktor müavini Emil Çaparlı, Layihələr Departamentinin müdiri Elnur Bağırlı, Beynəlxalq əlaqələr üzrə məsul şəxsi Toğrul Məmmədli, Mətbuat üzrə məsul şəxsi Leyla Rəhimova iştirak ediblər.
Görüşü giriş nitqi ilə açan icraçı direktor Aygün Əliyeva Agentliyin fəaliyyəti və gələcək hədəfləri barədə qonaqlara məlumat verib. A.Əliyeva bildirib ki, ötən il Azərbaycanın Avropa Şurasına üzv olmasının 20 illiyini qeyd edən ölkəmiz bu dövr ərzində bir çox konvensiyalara qoşulub, 2014-cü ildə Avropa Şurası Nazirlər Komitəsinə uğurla sədrlik edib, demokratik inkişafı dəstəkləyən mühüm layihələr həyata keçirilib. İcraçı direktor bildirib ki, 2022-2025-ci illər üzrə hazırlanaraq qəbul olunmuş yeni birgə Fəaliyyət Planının əsas istiqamətlərindən biri də vətəndaş cəmiyyətinin inkişafıdır. Məhz bizim Agentliyin yaradılması fəlsəfəsində ölkənin vətəndaş cəmiyyəti institutlarının inkişafı və onların Azərbaycanda rahat və şəffaf fəaliyyətinin qurulmasını təmin etmək durur.
Sonra çıxış edən Martin Ehnberq öncə səmimi qəbula görə təşəkkürünü bildirib, eyni zamanda, əlavə edib ki, AŞ katibliyinin Proqramlar üzrə Baş Direktorluğu tərəfindən təşkil edilən bu cür səfərlərin əsas məqsədi aidiyyəti üzv dövlətdə AŞ-nin Fəaliyyət Planının (FP) icrası ilə yerində tanış olmaq və bu sahədə yenilikləri öyrənməkdir. Martin Ehnberq onu da qeyd etdi ki, Azərbaycanda QHT-lərin bütün sahələrdə fəaliyyətinə Agentliyin verdiyi dəstək onlar tərəfindən yüksək qiymətləndirilir. Bundan sonra da QHT–nın fəaliyyət istiqamətlərinin genişləndirilməsi üçün birgə işlər görəcəklər.
Çıxışlardan sonra görüş qarşılıqlı müzakirələr əsasında davam edib.
Görüşün yekunu olaraq Agentliyin adından nümayəndə heyətinə xatirə hədiyyəsi təqdim edilib.
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir
Tatarıstan Azərbaycanla birgə müəssisə yaratmaq niyyətindədir
Hacıqabulda dəmir yolu xəttini keçmək istəyən qadını qatar vurub
Cüdo hakimimiz Paralimpiya Oyunlarına təyinat alıb
Azərbaycan ilə Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb
Avropa İtiifaqı Bakı ilə İrəvanın arasını qızışdırır?-Rusiya XİN-dən açıqlama
Qadın şahmatçılarımız Avropa çempionatına yollanırlar
AFFA beş klubu cəzalandırıb
Azərbaycan QHT-ləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
“Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək
Bakıda 21 qanunsuz miqrant saxlanılıb
UEFA Avropa Liqası: Bu gün yarımfinalçılar bəlli olacaq
Sabah Bakıda 27° isti olacaq
I siniflərə qəbul prosesinə başlanılır: Mayın 1-dən
BMT Baş Assambleyasının prezidenti Pərviz Şahbazovu ABŞ-a dəvət edib
Paşinyan sərhəddəki 4 kəndin Azərbaycana qaytarılmasının ağır nəticəsindən danışıb
UEFA Konfrans Liqası:“Fənərbağça” bu gün "Olimpiakos”u qəbul edəcək
Paytaxtda xaricdə iş təklif edən dələduzlara cinayət işi açılıb
Bakıda ümumşəhər iməciliyi keçiriləcək
Paytaxtın əsas küçəsi sabahdan 3 günlük təmrə bağlanacaq
46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək