logo

Dünyanın məşhur səyyahları Şuşada

16:06 16-06-2022 | icon 1778
Dünyanın məşhur səyyahları Şuşada

Azərbaycanda səfərdə olan dünyanın məşhur səyyahları Şuşa şəhərinə gəliblər.

 YeniAvropa xəbər verir ki, qonaqlara Şuşa şəhəri və tarixi barədə ətraflı məlumat verilib. Bildirilib ki, işğal zamanı digər ərazilər kimi, Şuşa şəhəri də erməni vandalizminə məruz qalıb, bir çox yaşayış yerləri, tarixi, mədəni, dini abidələr dağıdılıb. Səyyahlar, həmçinin Şuşa şəhərinin mərkəzində Üzeyir Hacıbəylinin, xan qızı Natəvanın və Bülbülün ermənilər tərəfindən güllələnən heykəlləri barədə də ətraflı məlumat əldə ediblər.

Sonra Şuşa şəhərində aparılan tikinti-quruculuq işləri ilə tanışlıq olub.

Şuşa qalasına gələn səyyahlar Cıdır düzündə də olublar.

Qeyd edək ki, dünyanın 10 ölkəsindən olan 24 məşhur səyyahın Azərbaycanın işğaldan azad edilən torpaqlarına səfəri başlayıb. Danimarka, Almaniya, ABŞ, Sinqapur, Ukrayna, Türkiyə, İspaniya, Macarıstan, Hindistan və İsveçdən olan səyyahlar 3 gün ərzində Xocavənd-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan marşrutu üzrə hərəkət edəcəklər.