logo

Madriddə keçiriləcək zirvə toplantısı NATO-nu dəyişəcək-Yens Stoltenberq

12:22 16-06-2022 | icon 2177
Madriddə keçiriləcək zirvə toplantısı NATO-nu dəyişəcək-Yens Stoltenberq

“İyunun sonunda Madriddə keçiriləcək zirvə toplantısı NATO-nu dəyişəcək”.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən NATO müdafiə nazirləri konfransının ikinci gününün açılışında bildirib.

“NATO-dakı müttəfiqlərimiz Ukraynanın Rusiyaya qarşı mübarizəsində uzun yolu qət etməyə hazırdır. Madriddə NATO-nu transformasiya edəcək sammitimiz olacaq. Bu toplantıda biz müdafiə və çəkindirmə, modernləşdirmə ilə bağlı mühüm qərarlar qəbul edəcək, “Strateji Kompas”ı təsdiqləyəcəyik. Asiyalı tərəfdaşlarımız, habelə Finlandiya və İsveçlə də təmaslarımız olacaq”, -deyə bBaş katib qeyd edib.

Onun sözlərinə görə, sammitdə müdafiə xərclərinin artırlmasına dair qərar qəbul olunacaq.