logo

Sərbəst güləş üzrə millimizin Avropa çempionatı üçün heyəti açıqlanıb

10:55 16-06-2022 | icon 3997
Sərbəst güləş üzrə millimizin Avropa çempionatı üçün heyəti açıqlanıb

Rumıniyanın Buxarest şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir.

YeniAvropa xəbər verir ki,  qitə birinciliyinin son 3 günündə sərbəst güləşçilər mübarizə aparacaqlar. Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Yaşar Əliyevin rəhbərliyi altında ölkəmizi yarışda Sadiq Hüseynov (45 kq), Vasif Bağırov (48 kq), Elman Ağayev (51 kq), Camal Abbasov (55 kq), Ağa Qasımov (60 kq), İlyas İsayev (65 kq), Ağanəzər Novruzov (65 kq), Şəmistan Axundov (80 kq), Rəvan Musayev (92 kq) və Yusif Dursunov (110 kq) təmsil edəcəklər.

Qeyd edək ki, iyunun 17-də 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizəyə start verəcəklər. Digər 5 çəkidə yer alan idmançılar isə iyunun 18-də xalça üzərinə çıxacaqlar.