logo

Bakıda “Fintex Summit” - Maliyyə və Texnologiyalar Sərgisi keçirilir

09:49 16-06-2022 | icon 11221
Bakıda “Fintex Summit” - Maliyyə və Texnologiyalar Sərgisi keçirilir

Bakıda "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin təşkilatçılığı ilə "Fintex Summit" - Maliyyə və Texnologiyalar Sərgisi öz işinə başlayıb. 

YeniAvropa xəbər verir ki, iki gün davam edəcək sərgi “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər İnnovativ Həllər, Fintexlər və Təhlükəsizlik” adı altında təşkil olunub.

Sammit "VISA" beynəlxalq kart təşkilatı ilə tərəfdaşlıq çərçivəsində, Azərbaycan Mərkəzi Bankı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə keçirilir.

Panel müzakirələri formasında təşkil olunan tədbirdə 60 məruzəçi, 120 şirkət, sektoru təmsil edən 2 000 nümayəndə iştirak edir.

Qeyd edək ki, sammit ölkənin maliyyə-iqtisadiyyat sahəsində tənzimləyici və nəzarət orqanlarının rəhbərlərinin, kommersiya banklarının və maliyyə sektorunun digər iştirakçılarının yuxarı menecmenti, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, akademik dairələrin nümayəndələri, maliyyə və bankçılıq sahəsinə aid məhsul və xidmətlər təklif edən xarici və yerli şirkətlərdən iştirakçıları bir araya toplayan, regionun ən nüfuzlu maliyyə və bankçılıq tədbirlərindən biridir.