logo

Azərbaycan Cənubi Qafqazı əməkdaşlıq regionu kimi görmək istəyir-İlham Əliyev

16:36 15-06-2022 | icon 1596
Azərbaycan Cənubi Qafqazı əməkdaşlıq regionu kimi görmək istəyir-İlham Əliyev

 Azərbaycan Cənubi Qafqazı əməkdaşlıq regionu kimi görmək istəyir.

YeniAvropa xəbər verir ki,bu fikirləri prezident İlham Əliyev iyunun 15-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridi qəbul edərkən səsləndirib.

Görüşdə Karen Donfrid ABŞ dövlət katibi Entoni Blinkinin salamlarını prezident İlham Əliyevə çatdırıb.

Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Entoni Blinkinə çatdırmağı xahiş edib.

Görüşdə əlaqələrimizin gündəliyinin geniş olduğu qeyd edildi, onun enerji sahəsində əməkdaşlıq, regionda təhlükəsizlik, postmünaqişə dövrü, Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşdırılması və digər məsələləri əhatə etdiyi bildirilib.

Prezident İlham Əliyev ABŞ prezidenti Cozef Baydenin Azərbaycanın Müstəqillik Günü münasibətilə və Bakı Enerji Həftəsi çərçivəsində ona ünvanladığı məktublarda, həmçinin özünün Cozef Baydenə məktubunda qeyd olunmuş məsələlərin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmini vurğuladı.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Sonda xatirə şəkli çəkdirildi.