logo

Xocavənddə aşkarlanan 1 tondan çox çətənə kolu yandırılıb

16:16 15-06-2022 | icon 1680
Xocavənddə aşkarlanan 1 tondan çox çətənə kolu yandırılıb

Xocavənd rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan  YeniAvropa-ya verilən məlumata görə, tədbir zamanı işğaldan azad edilmiş Böyük Tağlar kəndinin ərazisində yabanı halda bitmiş çəkisi 1 tondan artıq olan 2436 ədəd çətənə kolu yandırılaraq məhv edilib.