logo

Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüklə bağlı qərarında israrlıdır-Ərdoğan

15:15 15-06-2022 | icon 2653
Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüklə bağlı qərarında israrlıdır-Ərdoğan

NATO-ya üzvlük məsələsində, İsveç və Finlandiya terrorla mücadilə məsələsində qəti, nəticəli və qərarlı addımlar atana qədər mövqeyimiz heç bir şəkildə dəyişməyəcək.

YeniAvropa xəbər verir ki, bu fikirləri prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisindəki çıxışında ifadə edib.

Yunanıstanın Egey dənizindəki adalarda qanunsuz olaraq silahlanmasına bir daha kəskin şəkildə etirazını ifadə edən Türkiyə dövlət başçısı gündəlikdə olan digər məsələlər, eləcə də ölkə iqtisadiyyatının yüksəlişi, ixracatın artırılması istiqamətində atılan addımlar və qazanılan nəticələr, həmçinin siyasi məsələlərlə bağlı fikir və mülahizələrini bölüşüb.

Türkiyənin milli-dövlətçilik siyasətində atılan addımlardan bəhs edən dövlət başçısı diqqətə çatdırıb ki, bundan sonra milli hava yolları şirkəti beynəlxalq uçuşları “Turkish Airlines” kimi deyil “Türk Hava Yolları” adı ilə həyata keçirəcək.

Türkiyə Böyük Millət Məclisində DBP-ni (Demokratik Bölgələr Partiyası) təmsil edən Diyarbəkirdən olan deputat Salihə Aydenizin polis əməkdaşına yumruq atması hadisəsinə kəskin etirazını bildirən dövlət başçısı əminliklə qeyd edib ki, parlament bu hadisə ilə bağlı lazım olan tədbiri görəcək.