logo

Salome Zurabişvili gürcüləri  mitinqə çağırdı:Avropa Parlamentinin qətnaməsinə görə

09:50 15-06-2022 | icon 10283
Salome Zurabişvili gürcüləri  mitinqə çağırdı:Avropa Parlamentinin qətnaməsinə görə

Gürcüstan prezidenti Salome Zurabişvili ölkədə mitinq elan edib və əhalini mitinqə dəvət edib. O mitinqin iyunun 15-də saat 19:00-da Avropa Meydanında keçiriləcəyini bəyan edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu bəyanatla prezident Salome Zurabişvili iyunun 14-də axşam keçirdiyi brinfinqdə çıxış edib.

Onun sözlərinə görə, Avropa Parlementində təmsil olunan partiyalarla lazımi iş aparılmayıb. Bu səbəbdən Gürcüstanla əlaqədar iyunun 9-da yanlış qətnamə qəbul olunub. Buna görə də cəmiyyətdə çaşqınlıq yaratmaq olmaz. Avropa əleyhinə bəyanatların səsləndirilməsi səhlənkarlıqların ört-basdır edilməsinə cəhddir.

Prezident deyib: “Avropa Parlamentinin Gürcüstanla bağlı qəbul etdiyi qətnamə Gürcüstanın sağlam qüvvələrinin fəaliyyətsizliyinin nəticəsidir. Biz hamılıqla aksiyaya toplaşmaqla Avropaya öz birliyimizi göstərmiş olacağıq”.

S.Zurabişvili, həmçinin qeyd edib ki, ölkə “Assosiasiyalı trio” ölkələri - Gürcüstan, Ukrayna və Moldova arasında liderlikdən sonuncu yerə enib.

Qeyd edək ki, iyunun 9-da Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib.

Sənəddə Gürcüstanda medianın vəziyyətinin pisləşməsi, jurnalistlərə qarşı hədə-qorxu, zorakılıq və təqib hallarından narahatlıq ifadə olunub.

Eyni zamanda, sənəddə hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının təsisçisi, ölkənin keçmiş Baş naziri (2012-2013) Bidzina İvanişviliyə sanksiyaların tətbiqinə çağırış da yer alıb.