logo

Üçüncü Dünya müharibəsi başlayıb-Roma Papası

17:35 14-06-2022 | icon 2170
Üçüncü Dünya müharibəsi başlayıb-Roma Papası

“Mənim üçün bu gün Üçüncü Dünya müharibəsi alovlanıb”.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bunu Roma Papası Fransisk KİV-ə müsahibəsində bildirib.

Papa yenə də Rusiyanın Ukraynaya hərbi müdaxiləsini tənqid edib. O, Rusiya qoşunlarının qəddarlığı və kobudluğundan danışarıq ukraynanlıların mərdliyini yüksək qiymətləndrib. Papa bildirib ki, Rusiyanın Çeçenistan və Suriyadan olan muzdlulardan istifadə etdiyinə görə çox hiddətlənib.

Vatikan lideri planetin artıq Üçüncü Dünya müharibəsi vəziyyətində olduğunu vurğulayıb: “Dünya müharibə vəziyyətindədir. Bir neçə il öncə düşünürdüm ki, biz Üçüncü Dünya müharibəsini qismən yaşayırıq. Odur ki, mənim üçün Üçüncü Dünya müharibəsi artıq od saçır”.