logo

İlin sonunadək 15 min milyoner Rusiyanı tərk edəcək

15:05 14-06-2022 | icon 2058
İlin sonunadək 15 min milyoner Rusiyanı tərk edəcək

Cari ilin sonuna qədər sərvəti bir milyon dolları ötən 15 min rusiyalı ölkəsini tərk edəcək ki, bu da Rusiyadakı bütün milyonçuların 15 faizini təşkil edir.

YeniAvropa  xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə məlumat varlı fiziki şəxslərin miqrasiyasını izləyən “Henley&Partners” kompaniyasının tədqiqatında yer alıb.

Proqnozlara əsasən, Rusiya, Çin, Hindistan, Honkonq, Ukrayna, Braziliya, Böyük Britaniya (Brexit səbəbindən), Meksika, Səudiyyə Ərəbistanı və İndoneziya zənginlərin qaçacağı ilk on ölkə olacaq. Milyonçuların miqrasiya edəcəyi ilk on ölkənin siyahısına isə Birləşmiş Ərəb Əmirlikləri, Avstraliya, Sinqapur, İsrail, İsveçrə, ABŞ, Portuqaliya, Yunanıstan, Kanada və Yeni Zelandiya daxildir. Həmçinin varlı insanların Maltaya, Mavrikiyə və Monakoya axını gözlənilir.