logo

“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi "Lex"(Polşa) oldu

14:54 14-06-2022 | icon 2954
“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi "Lex"(Polşa) oldu

Ağdamın “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

YeniAvropa xəbər verir ki, bu, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında atılmış püşk nəticəsində məlum olub. Qurban Qurbanovun baş məşqçilik etdiyi kollektiv Polşanın “Lex” komandasına rəqib olub.

Qeyd edək ki, Çempionlar Liqasında birinci təsnifat mərhələsinin oyunları iyulun 5-6-da və 12-13-də keçiriləcək. "Qarabağ" ilk matçını səfərdə keçirəcək.