logo

Kəlbəcərdə əsgərimizi "tok" vurub öldürüb

10:10 14-06-2022 | icon 9779
Kəlbəcərdə əsgərimizi "tok" vurub öldürüb

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu əsgər Əliyarov Riyad Məmməd oğlunun iyunun 13-də Kəlbəcər rayonu ərazisində elektrik cərəyanının vurması nəticəsində ölməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna məlumat daxil olub.

Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, məlumatla əlaqədar əməkdaşlar tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb, müvafiq ekspertizalar təyin olunub və digər zəruri hərəkətlər icra edilib.

Faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma davam etdirilir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, bütün tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin olunacaq.

Hərbi Prokurorluğun rəhbərliyi səbəbindən asılı olmayaraq, istənilən ölüm faktının araşdırılmasını nəzarətə götürür və hərtərəfli, tam və obyektiv araşdırma aparılması təmin edilir.