logo

Bu gün məktəblərdə “Son zəng” çalınır

09:19 14-06-2022 | icon 16695
Bu gün məktəblərdə “Son zəng” çalınır

Bu gün ölkənin ümumi təhsil müəssisələrində “Son zəng” çalınacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunacaq.

“Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri iştirak edə bilər.

“Son zəng” müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görüləcək.