logo

Ukraynada Rusiya yönümlü daha bir partiyasının fəaliyyəti qadağan edilib

15:35 13-06-2022 | icon 1946
Ukraynada Rusiya yönümlü daha bir partiyasının fəaliyyəti qadağan edilib

Ukraynada “Sosialistlər” Partiyasının fəaliyyəti qadağan olunub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə 8-ci İnzibati Apellyasiya Məhkəməsinin keçirilən iclasında qərar verilib.

Məhkəmə fəaliyyətin qadağan edilməsi ilə yanaşı, partiyanın, onun rayon, şəhər təşkilatlarının, ilk təşkilatlarının və digər struktur qurumlarının vəsaiti və digər əmlakı dövlətin mülkiyyətinə keçirilib.

Qeyd edək ki, bir müddət öncə məhkəmə Ukraynada “Müxalifət Bloku” siyasi partiyasının fəaliyyətini də qadağan edib.