logo

Sabah Londonda  Azərbaycan-Böyük Britaniya Birgə  Komissiyanın iclası keçiriləcək

14:59 13-06-2022 | icon 10983
Sabah Londonda  Azərbaycan-Böyük Britaniya Birgə  Komissiyanın iclası keçiriləcək

Energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 14-də keçiriləcək Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 5-ci iclasında iştirak etmək üçün Londona səfər edib.

Nazirlikdən YeniAvropa-ya bildirilib ki, iclasda Hökumətlərarası Komissiyanın 4-cü iclasından sonrakı dövrdə görülmüş işlərin nəzərdən keçirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, investisiyaların artırılması, enerji keçidi, rəqəmsal iqtisadiyyat, infrastruktur, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığa dair müzakirələrin aparılması planlaşdırılır.

Qeyd edək ki, iki ölkə arasında Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən energetika naziri Pərviz Şahbazov, Böyük Britaniya tərəfdən isə ixracat naziri Mike Freerdir.