logo

Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 113 nəfər saxlanılıb

10:10 13-06-2022 | icon 1736
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 113 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları həftə sonu törədilmiş 125 cinayətin üstünü “isti izlər”lə açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış səkkiz cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş beş yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, iki nəfər isə xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 68, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 113 nəfər saxlanılıb.