logo

Finlandiya prezidenti: "İsveç olmadan NATO-ya daxil olmayacağıq"

20:40 12-06-2022 | icon 2065
Finlandiya prezidenti: "İsveç olmadan NATO-ya daxil olmayacağıq"

Finlandiya prezidenti Sauli Niiniste NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında ölkəsinin İsveç olmadan NATO-ya üzv olmayacağını bildirib.

YeniAvropa xəbər verir ki, bu barədə yerli "NRK" telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, əgər İsveçin Türkiyə ilə mövcud problemləri ölkənin alyansa üzvlüyünü təxirə salacaqsa, o zaman Finlandiya da NATO-ya daxil olmayacaq.

“İsveçin səbəbi bizim işimizdir. Bu o deməkdir ki, biz əl-ələ verib irəliləyirik”, -deyə  Niiniste vurğulayıb.