logo

Bərdədə 17 yaşlı qız qaçırdılar-4 nəfər saxlanıldı

19:15 10-06-2022 | icon 1764
Bərdədə 17 yaşlı qız qaçırdılar-4 nəfər saxlanıldı

Bərdədə 17 yaşlı qız qaçırılıb, 4 nəfər saxlanılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Qeyd edilib ki, iyun ayının 9-da axşam radələrində rayonun Darğalar kəndində yaşayan 2005-ci il təvəllüdlü yeniyetmə qızın öz istəyinə zidd olaraq evlənmək məqsədilə qaçırılması barədə rayon Polis Şöbəsinə(RPŞ) məlumat daxil olub. Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.

Saxlanılan O.Əzizov, R.Əzizov, E.Ələkbərov və İ.Əzizova barəsində Cinayət Məcəlləsinin 144.2.1-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.