logo

Sabah Bakıda 30° isti olacaq

13:13 10-06-2022 | icon 1708
Sabah Bakıda 30° isti olacaq

Azərbaycanda iyunun 11-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21°, gündüz 26-30° isti, Bakıda gecə 19-21°, gündüz 28-30° isti olacaq. Atmosfer təzyiqi norma daxilində - 761 millimetr civə sütunu, nisbi rütubət 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-21°, gündüz 28-33° isti, dağlarda gecə 8-13°, gündüz 17-22° isti olacağı ehtimal edilir.