logo

Zelenski NATO-nun Madrid  sammitində iştirak edəcək

20:20 09-06-2022 | icon 2198
Zelenski NATO-nun Madrid  sammitində iştirak edəcək

Ukrayna prezidenti Volodimir Zelenski NATO dövlət və hökumət başçılarının iyunun 28-30-da İspaniyanın paytaxtında keçiriləcək görüşünə dəvət olunacaq. Dövlət başçısı sammitdə iştirak edəcək. 

YeniAvropa xəbər verir ki, bu barədə İspanyanın "EFE" agentliyi məlumat yayıb.

İspaniya hökumətinin NATO və digər qurumlarla koordinasiya ilə sammitə hazırlığı yekunlaşdırdığı bildirilir. Agentliyin məlumatına görə, görüşün yekun proqramı hələlik alyans tərəfindən təsdiqlənməyib. Bundan sonra Ukrayna prezidentinə görüşdə iştirak etmək üçün dəvət göndəriləcək.

NATO baş katibinin müavini Mirça Coane isə bildirib ki, Zelenski  toplantıda mütləq iştirak edəcək.

Sammitdə ümumilikdə 5 minə yaxın iştirakçının - nümayəndə heyətlərinin və müxtəlif təşkilatların üzvləri, jurnalistlərin olacağı gözlənilir. İclasa 40-dan çox beynəlxalq lider gəlməlidir: NATO ölkələrinin 30 dövlət və hökumət başçısı ilə yanaşı, Avstraliya, Avstriya, İrlandiya, Kipr, Malta, Yeni Zelandiya, Finlandiya, İsveç, Cənubi Koreya və Yaponiyanın da iştirakı gözlənilir.