logo

Ərdoğan gələn ilki seçkilərdə Cümhur İttifaqından prezidentliyə namizəd olacaq

19:20 09-06-2022 | icon 2023
Ərdoğan gələn ilki seçkilərdə Cümhur İttifaqından prezidentliyə namizəd olacaq

Türkiyədə prezident seçkiləri gələn il iyunun ortalarında keçiriləcək. Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğandır.

YeniAvropa xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının(AKP) İzmirdə keçirilən toplantısında səsləndirib.

“Hər zaman dediyim kimi, biz kimin nə dediyinə və nə etdiyinə deyil, öz işimizə baxırıq. Bizim işimiz ölkəmiz üçün əsər yaratmaq, millətimizə xidmət etməkdir. Türkiyənin 81 vilayətinin hər qarışını və 85 milyon vətəndaşımızın həyatını müsbət istiqamətdə dəyişməyə və inkişaf etdirməyə davam edirik”, -deyə Türkiyə prezidenti vurğulayıb.