logo

Sabah Bakıda qısamüddətli yağış yağacaq, 28° isti olacaq

12:52 09-06-2022 | icon 1687
Sabah Bakıda qısamüddətli yağış yağacaq, 28° isti olacaq

Azərbaycanda iyunun 10-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-21°, gündüz 25-28° isti, Bakıda gecə 19-21°, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi 756 millimetr civə sütunundan 761 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-21°, gündüz 29-34° isti, dağlarda gecə 8-13°, gündüz 18-23° isti olacağı ehtimal edilir.