logo

"Jiquli" ilə toy karvanında "avtoş"luq edənlər 1 aylıq həbs edildilər

12:12 09-06-2022 | icon 1897
"Jiquli" ilə toy karvanında "avtoş"luq edənlər 1 aylıq həbs edildilər

İyunun 7-də saat 16 radələrində Binəqədi rayonu ərazisində toy kortejində avtoxuliqanlıq edən “VAZ-21214” və “VAZ-2106” markalı iki avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, polis əməkdaşları tərəfindən həmin avtomobillərin sürücüləri - İmişli rayon sakini M.Miradiyev və Abşeron rayon sakini E.Eyvazov barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsi ilə protokol tərtib edilib.

Məhkəmənin qərarı ilə onlar bir il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla 1 ay müddətinə inzibati qaydada həbs olunublar.

Bu istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.