logo

Rusiya Ukraynanın Xarkov və Jitomir şəhərlərini bombaladı:Ölən və yaralananlar var

11:55 09-06-2022 | icon 1260
Rusiya Ukraynanın Xarkov və Jitomir şəhərlərini bombaladı:Ölən və yaralananlar var

Xarkov şəhərinin iyunun 8-i gecə saatlarında atəşə tutulması nəticəsində kafe, mağaza və məktəb kitabxanasında yanğınlar baş verib. Nəticədə 2 nəfər ölüb, daha 4 nəfər yaralanıb.

YeniAvropa xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, məktəb binası da mərmilərdən qismən zədə alıb.

İtkilər barədə yekun məlumat dəqiqləşdirilir.

İyunun 9-na keçən gecə, həmçinin Jitomir vilayətinin Novoqrad-Volınskiy şəhəri raket hücumuna məruz qalıb. Nəticədə yaşayış binasına ziyan dəyib.

Bu barədə Jitomir vilayətinin qubernatoru Vitali Buneçka məlumat verib.

Qeyd olunub ki, hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.