logo

Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisinin məhkəməsi başlayır

18:18 08-06-2022 | icon 1610
Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisinin məhkəməsi başlayır

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi, tibb xidməti polkovniki Azad Abdullayevin dələduzluq etməsi faktına görə başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün iyunun 6-da Bakı Hərbi Məhkəməsinə göndərilib.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, cinayət işi üzrə 2021-ci il oktyabrın 22-də Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü və 32.4, 312.2-ci maddələri ilə yekun ittiham verilməklə A.Abdullayevin barəsində həbs qətimkan tədbiri seçilib.