logo

Biləsuvarda ağır avtoqəzada "Jiquli" iki yerə bölündü

19:20 07-06-2022 | icon 7266
Biləsuvarda ağır avtoqəzada "Jiquli" iki yerə bölündü

Biləsuvar rayonunda yol qəzası baş verib.

YeniAvropa xəbər verir ki, hadisə Nizami küçəsində qeydə alınıb.

Belə ki, "Mitsubishi" və "VAZ 2106" markalı minik avtomobilləri toqquşub.

Daha sonra zərbənin təsirindən "VAZ 2106" markalı minik avtomobili iki yerə parçalanıb.

Onun sürücüsü rayonun Xırmandalı kənd sakini, 1996-cı il təvəllüdlü Mehdiyev Cahid Maarif oğlu və sərnişini, Biləsuvar şəhər sakini, 1996-cı il təvəllüdlü Dəmirli Yunis Elmir oğlu xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.