logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 850 min nəfəri ötür

16:46 07-06-2022 | icon 2863
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 850 min nəfəri ötür

Azərbaycanda son sutkada 2 340 nəfər vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza vaksinlərin sayı 333, ikinci doza vaksinlərin sayı 226 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 588-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 193 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 736 177, birinci doza peyvəndlərin ümumi sayı 5 349 659, ikinci doza vaksinlərin sayı 4 850 191 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 289 483, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 246 844 olub.