logo

Körpünün üstündəki qəza paytaxt yollarında sıxlığa səbəb oldu

16:10 07-06-2022 | icon 7168
Körpünün üstündəki qəza paytaxt yollarında sıxlığa səbəb oldu

Bakıda körpünün üstündə qəza olub, yollarda sıxlıq yaranıb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Abdulvahab Salamzadə küçəsi - Qələbə dairəsindən gələndə - Ziya Bünyadov prospekti istiqamətində, Tbilisi prospekti kəsişməsi olan hissədə, körpünün üstündə yol nəqliyyat hadisəsi sıxlığa səbəb olub.

Baş verən qəza səbəbindən Qələbə dairəsində sıxlıq müşahidə olunur.