logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 349 min nəfəri ötür

16:56 06-06-2022 | icon 3430
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 349 min nəfəri ötür

Azərbaycanda son sutkada 18 nəfər vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza vaksinlərin sayı 1, ikinci doza vaksinlərin sayı 1 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 15-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 1 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 733 837, birinci doza peyvəndlərin ümumi sayı 5 349 326, ikinci doza vaksinlərin sayı 4 848 965 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 287 895, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 246 651 olub.