logo

Mərkəzi Avropa ölkələri "Dostluq" kəmərinə alternativ tapıb

13:53 06-06-2022 | icon 1967
Mərkəzi Avropa ölkələri "Dostluq" kəmərinə alternativ tapıb

Brüssel və “Vışeqrad qrupu” ölkələri “Dostluq” boru kəməri vasitəsilə xam neftin nəqli dayandırılacağı halda Çexiya, Slovakiya, Polşa və Macarıstanın neftayırma zavodlarını xam neft ilə fasiləsiz təchiz etmək üçün zəmanətlər barədə razılığa gəliblər.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, əldə edilmiş razılaşmaya görə neft dəniz tankerləri ilə gətiriləcək. Avropa İttifaqı etiraf edib ki, neftin quru yolla nəqlinin dayandırlması bu dörd ölkənin iqtisadiyyatı üçün ciddi problemlər yaradacaq. Məhz bu cür zəmanət əldə ediləndən sonra Avropa İttifaqının Ukrayna hadisələrinə münasibətilə bağlı müzakirələr yeni mərhələyə keçib.