logo

Koronavirus xəstəxanaların sayı 1-ə endirilib-Zaur Əliyev

13:11 06-06-2022 | icon 3129
Koronavirus xəstəxanaların sayı 1-ə endirilib-Zaur Əliyev

2021-ci ildə 27 tibb müəssisəsi ilə əməkdaşlıq etdiyimiz halda indi bu rəqəm 57-dir.

YeniAvropa xəbər verir ki, bu fikirləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Milli Məclisin iyunun 6-da keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Bildirilib ki, ümumi xərclərdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin(TƏBİB) nəzdində olan müəssisələrə 804 milyon manat vəsait ödənilib. Dərmanlara 50 milyon manat xərclənib, 65 ədəd təcili tibbi yardım avtomobili alınıb.

Zaur Əliyevin sözlərinə görə, icbari sığorta sahəsinə 1 milyard 45 milyon manat büdcədən xərclənib.

O vurğulayıb ki, Azərbaycanda koronavirus xəstələrinin sayı azaldığı üçün modul tipli xəstəxanaların fəaliyyəti dayandırılıb, ehtiyat üçün bir xəstəxananın fəaliyyəti davam etdirilir