logo

"Formula 1"ə görə yaşayış yerlərinə giriş-çıxışa necə olacaq?

12:10 06-06-2022 | icon 1449
"Formula 1"ə görə yaşayış yerlərinə giriş-çıxışa necə olacaq?

"Formula 1" Azərbaycan Qran Prisinin keçiriləcəyi müddətdə nəqliyyatın giriş-çıxışı üçün "Yaşayış Yerinə Giriş İcazəsi” veriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

"Qeyd olunan sənədi paylanma məntəqələrinə yaxınlaşaraq, həftənin bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 17:00-dək əldə etmək mümkündür. "Formula 1"ə görə Bakıda nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq edilir. Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsininin keçdiyi ərazidir", - məlumatda qeyd edilib.