logo

Sarayda həyətdən ayı balası tapılıb

16:16 04-06-2022 | icon 1876
Sarayda həyətdən ayı balası tapılıb

Sumqayıt şəhərinin Saray bağları ərazisində sakinlərin həyətinə daxil olan ayı balası Abşeron rayon Polis İdarəsinin, Saray Polis bölməsinin əməkdaşları tərəfindən götürülərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına təhvil verilib.

YeniAvropa xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

O qeyd edib ki, hazırda ayı balasının Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına göndərilməsi üçün tədbirlər görülür. Ayı balası klinikada bir müddət reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Saray bağları ərazisindəki həyətlərə ayı balasının daxil olması ilə bağlı görüntülər yayılıb.