logo

Bakı və Xırdalanda açılan  yarmarkada 45 rayondan 100-dək fermer iştirak edir

15:10 04-06-2022 | icon 3472
Bakı və Xırdalanda açılan  yarmarkada 45 rayondan 100-dək fermer iştirak edir

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən iyunun 4 –də və 5–də Bakı şəhəri və Abşeron ərazisində 3 fərqli ünvanda kənd təsərrüfatı yarmarkaları təşkil olunur. Yarmarkalar hər gün saat 9-dan axşam saat 9-dək vətəndaşların xidmətindədir və budəfəki yarmarkalarda 45 rayondan 100-dək fermer iştirak edir.

YeniAvropa xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin nümayəndəsi Qalib Bəhrəmov məlumat verib.

Onun sözlərinə görə, ümumilikdə isə yarmarkalarda 80-ə yaxın kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçirilir: “Burada satışı həyata keçirən bilavasitə fermerlərdir və onlar qiymətləri özləri müəyyənləşdirirlər. Yarmarkaların təşkilində əsas məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaq, eləcə də şəhər sakinlərini təbii, yerli məhsullarla təmin etməkdir. Yarmarkalarda satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Belə ki, yarmarkalarda Səyyar Qida Laboratoriyası fəaliyyət göstərir”.

Q.Bəhrəmov qeyd edib ki, yarmarkada fermerlər tamamilə ödənişsiz şəkildə piştaxta, önlük, tərəzi, soyuducu və digər lazımi avadanlıqla təmin ediliblər. Bəzi fermerlərə isə məhsullarını paytaxt ərazisinə və yarmarkalara çatdırılması üçün logistik xidmətlər də göstərilib.