logo

Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkarlanıb

14:12 04-06-2022 | icon 1918
Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkarlanıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin(DETX) əməkdaşlarının Şəki, Göyçay və Ağdaş rayonlarının ərazilərində keçirdikləri nəzarət tədbirləri zamanı Şəki rayon sakinləri Eyvaz Mürşüdov, Ramin Musayev, Göyçay rayon sakinləri Samir Mustafayev, Ədalət Qasımov, Bəhruz Məmmədov, Abbas Kərimov, Yaqub Məmmədov, Anar Qafurov, Elnur Beydullayev, Ağdaş rayon sakinləri Nizami Qasımov və Fizuli Mehdiyevə məxsus ağac emalı sexlərində qanunsuz yolla əldə edilmiş ümumilikdə 36,87 kubmetr həcmində işlik meşə materialı müəyyən edilib.

YeniAvropa xəbər verir ki, bu barədəDETX-nın xidmət rəsmisi Bəhruz Məhəmmədov məlumat verib. 

O qeyd edib ki, faktla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülür. İşlik materialın haradan əldə olunmasının müəyyən edilməsi ilə bağlı hazırda hüquq-mühafizə orqanları ilə birgə araşdırma aparılır.